Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.

Unikal.org xəbər verir ki, u barədə bu gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər yanvar ayının 24-də baş tutacaq.

Ş. Zaybert qeyd edib ki, səfər çərçivəsində A. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək, görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.