Beynəlxalq Maliyyə İnstitutunun hesablamalarına görə, ümumdünya borcu rekrod həddə -237 trilyon dollara çatıb.
Unikal.org xəbər verir ki, beynəlxalq səviyyəli maliyyə və iqtisadçı ekspertləri ümumdünya borcunun rekord həddət çatmasını nəticəsində növbəti qlobal böhran üçün yeni şəratin yarandığı barədə xəbərdarlıq edirlər. Hesablamalara görə, bütün dünya əhalisinin, şirkətlərinin, maliyyə təşkilatlarının və hökumətlərinin ümumi borcu qlobal Ümumi Daxili Məhsulun 322 faizinə bərabərdir. Yəni bu göstərici bütün planetin ərzaq və xidmətlərindən üç dəfə çoxdur.
Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, son 5 ildə bu göstərici təqribən 30 trilyon dollar artıb. Dünya iqtisadiyyatınında zəifləmə tendensiyasına baxmayaraq yaxın gələcəkdə bu borc artan xətt üzrə davam edəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına görə, 2019-cu ilin iqtisadi inkişaf tempi hətta 2008-ci il maliyyə böhranı dövründəkindən də aşağı olub. Bu bir daha sübut edir ki, növbəti qlobal böhran elə də uzaqda deyil.
BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında isə misli görünməmiş borclanmanı dünya iqtisadiyyatına ciddi təhlükə olduğunu və dünya iqtisadiyyatını başı üstündə asılan "domokl qlıncına" bənzədib.
Borclanmanın ən böyük qismi inkişafetmiş ölkələrin payına düşür. Belə ki, qlobal borclanmanın 180 trilyon dolları inkişaf etmiş ölkələrin, 72 trilyon dolları isə inkişaf etməkdə olan ölkələrin payına düşür.
Dünya iqtisadiyyatına ən böyük təhlükə ABŞ-ın borcudur. ABŞ-ın borcu 70 trilyon dollar təşkil edir.
Növbəti qlobal böhran gözlənilir

23:42 17-01-2020
DÜNYA
Digər Xəbərlər
2025-02-28 21:40:32

2025-02-28 21:31:29

2025-02-28 21:16:50

2025-02-28 20:40:10

2025-02-28 20:39:30

2025-02-28 20:19:01

2025-02-28 19:48:00

2025-02-28 19:18:07

2025-02-28 18:49:44

2025-02-28 18:00:04

2025-02-28 17:48:08

2025-02-28 17:39:48

2025-02-28 17:12:00

2025-02-28 16:53:03

2025-02-28 16:18:00

2025-02-28 16:09:00

2025-02-28 15:26:00

2025-02-28 14:57:47

2025-02-28 14:14:14

2025-02-28 12:58:00
.png)