Somalinin paytaxtı Moqadişonun 30 kilometrliyində bombalı hücum təşkil edilib.
Unikal.org xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hücumda Türkiyənin tikinti şirkətinin işçiləri hədəfə alınıb.
Türkiyənin Somalidəki səfirliyi bildirib ki, hadisə nəticəsində ölənlərin olmadığını və yalnız yaralar var. 4-ü Türkiyə vətəndaşı olmaq ümumilikdə 11 nəfər yaralanıb.
Qeyd edək ki, bombalı hücum Türk işçilərin yemək yediyi restoranda baş verib.