Almaniyanın paytaxtı Berlində keçirilən Liviya üzrə beynəlxalq konfransın iştirakçıları ölkədə barışığın olmasını razılaşdırıblar.
Unikal.org xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Konfransda BMT baş katibi Antoniu Quttereş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Maykl Pompeo, Liviya münaqişəsi tərəflərinin rəsmiləri, habelə Rusiya, Fransa, Misir, BƏƏ və digər ölkələrin dövlət və hökumət üzvləri iştirak ediblər.