İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra növbəti dəfə ABŞ-ın Bağdaddakı səfirliyinə hücum təşkil edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bağdaddakı ABŞ səfirliyi də daxil olmaqla çox sayda diplomatik səfirliklərin olduğu “Yaşıl Bölgəyə” 3 ədəd Katyuşa raketi atılıb.
Hücumda ölən və yaralanan olmayıb. Amma əraziyə ciddi ziyan dəyib.