FETO-çularla bağlı yeni görüntülər məhkəməyə təqdim edilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 iyul günü Quru Qoşunları Komandanlığındakı hərbiçilərin çevriliş cəhdi (darbe) üçün vəzifə bölgüsü etdikləri anların videosu ortaya çıxıb.
Davam edən məhkəmə prosesində həmin videolar sübut olaraq göstərilib.
Videoda da göründüyü kimi "darbe" cəhdinin ilk saatlarında silahlı əsgərlər nizamiyə binasının qarşısında toplanıb. Bu vaxt əsgərlərdən biri qərargahın mühafizə postlarına aid məlumatların olduğu sənədləri gətirib. Elə həmin sənədlərdən sonra hərbiçilər çevriliş üçün yerlərini alıblar.