ABŞ-da daha bir müəllim-tələbə münasibəti ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Virciniya ştatında baş verən olayda 24 yaşlı qadın müəllim tələbəsinə qeyri-etik mesajlar və çılpaq fotolarını göndərib. Müəllimin sinifdə adı açıqlanmayan 13 yaşlı tələbəsinə yaxınlaşdığı da məlum olub. Məsələnin üstü tələbənin baş verənləri ailəsinə danışması ilə açılıb. 13 yaşlı yeniyetmənin anası əsəbiləşərək məsələni polisə bildirib.
24 yaşlı qadın müəllim evindən götürülərək saxlanılıb.