Zonquldakda 1 il 6 aylıq olan uşaq dəmir pul udub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun dəmir pulu udması rentgen çəkilməsi nəticəsində ortaya çıxıb. Həmin pulun uşağın bədənindən təbii yollarla çıxarılması nəzərdə tutulub.
Həkimlər isə əsasən 1 yaşı olan uşaqlara qarşı xüsusi diqqət göstərmək lazım olduğunu bildiriblər. Onların sözlərinə görə, bu yaş civarında olan uşaqlar hər əşyanı fikirləşmədən ağızlarına aparırlar.