Gürcüstanda 3,3 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 11:24-da qeydə alınıb.
Zəlzələnin episentri Ozurqeti rayonunun 14 kilometrliyində, Xino kəndi yaxınlığında olub.