Rusiya ilə Belarus arasındakı neft mübahisə 2019-cu ilin əvvəlindən bu yana davam edir. Neftə tələbatını təmin etmək üçün Belarus neft şirkəti Rusiyaya alternativ olaraq Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa və Baltikyanı ölkələrdən neft almaq təklifi ilə çıxış edibBelarus prezidenti Aleksandr Lukaşenko ölkəsi sözügedən respublilkalardan neft idxal etmək üçün Rusiya tərəfindən maeəçilik törədildiyini açıqlayıb.

Unikal.org-un məlumatına görə, Aleksandr Lukaşenko Qazaxıstandan neft almaq istədiklərini söyləyib və lakin Rusiya bunun qarşısını almağa çalışdığını deyib: 

"Rusiyadan yalnız 30-40 faiz neft almaq istəyirik. Rusiya Qazaxıstandan neft almağımıza mane olur. Bu qəribədir, çünki müttəfiqlərimizdən biri, digər müttəfiqlərimizdən neft almağımızı istəmir".

Lukaşenkonun bu açıqlamasından sonra Rusiya KİV çox fərqli bir iddia irəli sürüb. Mətbuat prezident Vladimir Putinin Belarusiyanın Rusiyaya qoşulma təklifi verəcəyini iddia edib.

Şok effekti verən bu iddiaya gəlincə, Kremlin sözçüsü Dmitri Peskov belə bir istəyin və ya görüşün heç vaxt müzakirə mövzusu olmadığını söylədi.