Pakistanın Mardan şəhərində yaşayan 1,97 sm boyu və 444 kq çəkisi olan pakistanlı Arbab Xizer Hayat evlənmək istədiyini və özünə uyğun bir xanım axtardığını söyləyib. 

Unikal.org məlumat verir ki, Arbab Xizer Hayat, bu günə qədər  300-ə qədər onunla evlənmək istəyən qadına yox deyib. Səbəbi isə qadınların çəkisinin aşağı olması olub: 

"Ən azı 100 kilo olan və boyu 1.92-dən uzun olan bir qadınla evlənmək istəyirəm, xarici görünüşümüz yaxşı olmalıdır” deyə Arbab bildirib. 

Qeyd edək ki, Pakistanlı Hatay traktor və avtobusları iplə çəkməklə məşhurdur. Ona Pakistanın "Hulk"ı deyirlər. 

Gülayə Mecid