Süleymaninin öldürülməsi ilə yasa boğulan İranda daha bir qalmaqal yaşanıb.
İran İnqilab keşikçiləri Ordusu olan “Bəsic”in komandiri Abdulhuseyn Muceddemi ölkənin cənub-şərqində Xuzistan əyalətində yaşadığı mənzilində qətlə yetirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Abdulhuseyn Muceddemi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən “Bəsic” könüllülərinin rəhbəri olub. O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.
Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib.