Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu parlamentdə səsvermə yolu ilə, ölkə tarixində ilk dəfə qadın prezident seçilib.
Unikal.org xəbər verir ki, bu gün parlamentdə keçirilən səsvermədə 300 nəfər deputatdan 261 nəfəri Y. Sakellaropuluya etimad göstərərək onun xeyrinə səs verib.
64 yaşlı Yekaterina Sakellaropul bu ilin fevral ayında vəzifəsini hazırki prezident Pavlopulosdan təhvil alacaq.