Samsunda 3 il öncə törədilən cinayətin üstü açılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2017-ci ildə Şaver Cindi adlı qadın evində baş verən yanğın nəticəsində həlak olmuşdu. 

Hadisə yerinə gələn xilasetmə qrupları 79 yaşlı qadını ağır yaralı halda xilas edə bilmişdilər. Xəstəxanaya aparılan qadın polisə verdiyi ifadəsində "Həyat yoldaşım cümə namazına getdikdən sonra qapı döyüldü, açdım. Qohumumuz Fikret Cindi içəri girərək məndən pul istədi. Mən olmadığını söyləyəndə isə evin içərisində məni döydü, yerlərdə sürüklədi. Sandığı açıb pul qabımı götürdü. Daha sonra özü ilə gətirdiyi benzini evə və mənim üzərimə tökərək yandırıb qaçdı." sözlərini deyib. 

Şaver Cindi xəstəxanda 10 gün qaldıqdan sonra dünyasını dəyişmişdi. Onun qatili Fikret Cindi 3 il sonra Bursada saxlanılıb. Qadının oğlu artıq anasının məzarında rahat yata biləcəyini bildirib.