ABŞ da daxil olmaqla başqa ölkələrə sıçramağa başlayan "korona" virusu artıq insanları qorxutmağa başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin hökümətindən virus haqqında açıqlama edilib. Hubey vilayətində ölənlərin sayı 17-ə çatıb. Bu virusun yoluxduğu insanların sayı isə 470 nəfər olaraq müəyyənləşdirilib.
Mütəxəssislərin sözlərinə görə, virus vəhşi heyvanların qeyri-qanuni şəkildə satıldığı bir bazardan yayılmağa başlayıb.