PSJ klubunun uruqvaylı hücumçusu Edinson Kavaninin "Çelsi"yə keçdiyi barədə xəbərlər yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatla "The Times" nəşri çıxış edib. Nəşr 32 yaşlı forvardın London təmsilçisində icarə əsasında çıxış edəcəyini yazıb. Belə ki, "zadəganlar"  futbolçu ilə iyun ayının sonuna qədər müqavilə imzalayacaq. Bu müddətdə Kavani həftəsinə 360 000 funt-sterlinq qazanacaq. Onun ümumi məvacibi isə 7.2 milyon funt təşkil edəcək. "Çelsi"nin bu məbləğin ən azı 5 milyon funt-sterlinqini ödəyəcəyi qeyd edilib.

Qeyd edək ki, Edinson Kavani ilə Madridin "Atletiko" klubu da yaxından maraqlanır.