Antalyada dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, imatahan stressindən qurtulmaq üçün Mina K. adlı qız xəstəxanaya gedib. Xəstəxanada 17 yaşlı qıza verilən dərman nəticəsində yeniyetmənin bədənində yanıqlar meydana gəlib. Ən dəhşətlisi isə qızın tamamilə görmə qabiliyyətini itirməsidir. 

Yeniyetmənin anası bildirib ki, qızının dodaqlarının hər tərəfi yara olduğu üçün artıq o yemək də yeyə bilmir. Xəstəxanada verilən xüsusi qidalarla bəslənir.