Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.