"Liverpul" klubu Madrid "Real"ının ulduzu İskoya "elçi" düşüb.
Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp 27 yaşlı hücumameyilli yarımmüdafiəçini öz sərəncamında görmək istəyir.
Təcrübəli mütəxəssis rəhbərliklə söhbətində İskonun oyununu çox bəyəndiyini, onu komandasında görmək istədiyini bildirib. Kloppun fikrincə, "Real”ın üzvünün transferi baş tutsa, yarımmüdafiənin mərkəzində yaradıcılığı xeyli artıra bilərlər.
İngilislərin qarşı tərəflə danışıqlara başladığı bildirilir. "Real” rəhbərliyi İskonu satmağa razıdır. Ancaq keçidin baş tutması üçün "Liverpul” 70 milyon avro xərcləməlidir.