Şokoladı sevməyən çox az sayda insan var. Bəziləri demək olar ki, hər gün şokoladı gündəlik qida rasionuna daxil edir.
Unikal.org xəbər verir ki, bununla bağlı Yunanıstanın “Statista” agentliyi il ərzində ən çox şokolad yeyən xalqların siyahısını hazırlayıb.
Siyahıda ilk yeri İsveçrə tutur. Burada 1 nəfər ildə 8,8 kq şokolad yeyir. Dünyanın ən dadlı şokoladları da İsveçrədə istehsal olunur.
İkinci yerdə 8,1 kq ilə İngiltərə, 3-cü yerdə isə 7,9 kq ilə Almaniya qərarlaşır.