Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Unikal.org xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində son 3 görüş baş tutub.
"Sivasspor" səfərdə məğlub olsa da, ilk matçdakı böyükhesablı qələbə sayəsində yoluna davam edib. "Dənizlispor" "Trabzonspor"a səfərdəki məğlubiyyətin əvəzini çıxsa da, penaltilər seriyasında rəqibinə yenilib.
"Qalatasaray" isə Rizədə qollu bərabərə qaldığı "Çaykur Rizəspor"a doğma arenasında minimal hesabla qalib gələrək, adını 1/4 finala yazdırıb.
Beləliklə, "Fənərbaxça", "Antalyaspor", "Alanyaspor", "Ərzurumspor" və "Kırklarelispor"dan sonra "Trabzonspor", "Sivasspor" və "Qalatasaray" da 1/4 finala yüksəliblər.