Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Unikal.org xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Zemplin” klubu ilə üz-üzə gələcək. Slovakiya təmsilçisi ilə görüş saat 13:00-da start götürəcək.
“Keşlə” Antalya toplanışında Almaniyanın “Zvikkau” klubuna 1:4, Rusiya “Arsenal”ına isə 1:2 hesabıyla uduzub.
Yoxlama oyunu
24 yanvar
13:00 Keşlə – Zemplin (Slovakiya)
Türkiyə, Antalya