Rusiya prezidenti Vladimir Putin sabiq nazirləri özünə köməkçi təyin edib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti hazırki hökumətdə yer almayan sabiq-iqtisadi inkişaf naziri Maksim Oreşkin və keçmiş mədəniyyət naziri Vladimir Medinski ilə bağlı sərəncam imzalayıb.

Bu barədə sənəd Kremlin saytında yerləşdirilib.

Bununla yanaşı, baş nazirin keçmiş müavini Dmitri Kozak prezident administrasiyasının müavini təyin olunub.