Abutalıbovun tender oyunu
12:30 03-11-2012
CƏMİYYƏT
Abutalıbovun tender oyunu
Şirkətlər haqqında heç bir bilgi yoxdur
Xatırlayırsınızsa, aylar əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun büdcədən ayrılan pulları necə havaya sovurması barədə konkret faktlar və rəqəmlər üzə çıxmışdı. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş məlumatdan belə məlum olurdu ki, 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib.
Şəhər rəhbərliyi 2011-ci ildə paytaxtda yeni fəvvarələrin inşasına 20 milyon 5 min 690 manat, tarixi əhəmiyyətli binaların və adi binaların dam örtüklərinin, fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılmasına 88 milyon 710 min 370 manat xərcləyib.
Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının təmiri ilə bağlı elan olunmuş tenderdə "Abad" ITTFŞ qalib seçilib və bu işlərə 1 milyon manat ayrılıb. Bakı və onun qəsəbə, kənd yollarının əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurulmasına ümumilikdə 101 milyon 312 min 343 manatlıq tender keçirilib. Bakıda torpaqların texniki işlərinə isə 200 min manatdan çox pul xərclənib. "Ge Force" MMC isə Bakıdakı köhnə binanın söküntüsü ilə bağlı tenderdə qalib gəlib.
Elə bizim araşdırmamız da Abutalıbovun milyonluq tenderlərinin tapşırıldığı şirkətləri üzə çıxarmağa yönəlmişdi. Müasir dünyada hər bir şirkətin prestiji, nüfuzu onun internet üzərindən bilgiləri ilə müəyyənləşir.
Məsələn, heç bir normal ölkədə bir dövlət qurumunun fantastik məbləğlərdə layihələrini udmaq fərasətinə malik elə bir şirkət tapmazsınız ki, onun internet saytı olmasın. Ümumiyyətlə, istər şəffaflıq, istərsə də digər baxımlardan dünyada hər hansı şirkət ilk növbədə internet resurslarının mövcudluğuna önəm verir; əks hald belə şirkətlərin etibarlılığı, ciddiliyi şübhə altına düşür.
Bunları ona görə xatırladırıq ki, "Unikal"ın araşdırması Hacıbala Abutalıbovun tenderlərini "udan" iki şirkətdən heç birinin internet ünvanı yoxdur. Bu, həmin şirkətlərin məhz tenderlərdə qalib elan edilmək üçün tələm-tələsik yaradıldığı versiyasını önə çıxarır; hansı ki, Azərbaycan reallığında bu, geniş yayılıb.
Təsəvvür edin ki, internet axtarış sistemlərində istər Ge Force" MMC, istərsə də "Abad"la bağlı verdiyimiz axtarışlar az qala o nəticə ilə bitdi; bu firmaların adları Bakı meriyasının elan etdiyi tenderlərdən başqa heç bir xəbərdə keçmir. Düşündürücüdür, deyilmi? Eyni zamanda bizim yuxarıda səsləndirdiyimiz ehtimalı da qüvvətləndirir.
Təsəvvür edin, bir ildə Hacıbala Abutalıbov 200 milyon manatdan çox ümumi vəsaiti özündə ehtiva edən çeşidli tenderlər keçirir, amma həmin tenderlərdə "qalib" olmuş iki firma barədə heç bir bilgiyə ulaşmaq mümkün deyil. Bu, paytaxt başçısının tenderlərinin əslində formal xarakter daşıdığını və başdan-ayağa korrupsiya saçdığını söyləmək üçün kifayətdir.
Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcək və yüz milyonların taleyini şübhə altına qoyan həmin tenderlərin təfərrüatlarını öyrənməyə çalışacağıq. Əldə etdiyimiz bilgiləri isə əlbəttə, sizinlə də paylaşacağıq.
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49