Türkiyəli aktrisa sosial şəbəkədə tənqid atəşinə tutulub.
Unikal.org xəbər verir ki, bütün məşhurlar Elazığda baş verən zəlzələ ilə bağlı paylaşım edərkən Buse Varol "Instagram"da öz fotosunu paylaşıb. Bu isə izləyicilərin xoşuna gəlməyib və rəy bölməsində 29 yaşlı aktrisanı tənqid ediblər.
Çox sayda tənqidi mesajların yazılmasından 25 dəqiqə sonra Buse Varol paylaşdığı fotosunu silib.