Əlverişsiz hava şəraiti ilə əlaqədar Nur-Sultan aeroportunda 14 uçuş təxirə salınıb, 11 uçuş ləğv olunub.
Unikal.org xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Təxirə salınan uçuşlardan 4-ü beynəlxalq istiqamətlərə - Urumçi, Daşkənd və Novosibirskə uçuşlardır.
Qazaxıstanda əlverişsiz hava şəraitinin davam etməsi ilə bağlı bir neçə gün ərzində də Nur-Sultan aeroportunda planlaşdırılan təyyarə reyslərinin ləğvi və təxirə salınması gözlənilir.