Malidə silahlılar hərbi düşərgəyə hücum edib.

Unikal.org “France-Presse” agentliyinə istinadən xəbər verir ki, Sequ regionundakı Sokolo şəhərindəki hərbi düşərgəyə hücum nəticəsində ən azı 19 hərbçi ölüb.

Qeyd edək ki, Malidə hökumət qoşunları və müxtəlif silahlı qruplaşmalar arasında toqquşmalar 2012-ci ildən başlayıb. Liviyada Müəmmər Qədafinin devrilməsi Malidə durumun kəskinləşməsinə yol açıb.