Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 13:10-da Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib.
Təyyarənin içərisində 83 sərnişin olub.
Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.
Hadisə yerinə Əfqan xüsusi təyinatlıları göndərilib.