Son olaraq "Yasak Elma" serialında rol aparan Ayşegül Çınar sevgilisinin əlindən son anda xilas ola bilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 22 yaşlı aktrisa sevgilisi ilə restoranda olarkən mübahisə edib. Ayşegül Çınarın sözlərinə görə sevgilisi onu ölümlə hədələyib. 

Gənc aktrisa tualetə gedərkən yaxınlığındaki müştərilərə "Sevgilim məni öldürəcək, xahiş edirəm polis çağırın" deyib. Onun sevgilisi isə qaçmağı bacarıb.