Bolqarıstanda qrip virusu yayılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, güclü virusun 100 min şagirdin təhsil adığı 500 məktəbin yerləşdiyi ərazidə yayılması səbəbindən tətil elan edilibg. Tətil 6 fevral tarixinədək davam edəcək. 

Güclü qrip virusunun yayılmasına görə xəstəxanalarda əməliyyatlar təxirə salınıb. Ötən həftə ölkənin Borino qəsəbəsində 51 yaşlı kişinin donuz qripi səbəbindən dünyasını dəyişdiyi bildirilib.