Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, zəlzələlərin yerli vaxtla saat 19:12-də Sivricə bölgəsində baş verdiyi bildirilib.
Yeraltı təkanların ocağı 12 kilometrə yaxın dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.