Avropa İttifaqı məkanının beynəlxalq hava limanlarında bu ölkələrə gələn, xüsusilə də Asiyadan daxil olan sərnişinlər üzərində təhlükəli koronavirusa yoluxma əlamətləri baxımından nəzarət gücləndirilib.
Unikal.org xəbər verir ki, müvafiq tədbirlər Avropa İttifaqına üzv olan ölkələrin demək olar, bütün beynəlxalq aeroportlarında qəbul edilib.
Aeroportların əksəriyyətində gecə-gündüz tibb kabinetləri fəaliyyət göstərir, sanitar nəzarəti fasiləsiz həyata keçirilir. Avropa Komissiyası hava limanına enən təyyarələrin göyərtəsində koronavirus infeksiyası əlamətləri olan hər hansı sərnişinin aşkar ediləcəyi hallar üçün təcili planın işlənib hazırlanması məqsədilə təcili göstəriş verib.
İlk halın Vyana aeroportunda qeydə alınması barədə məlumat var. Çinli stüardessa koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.