Bu gün AFFA-nın növbəti hesabat-seçki konfransı keçirilir. Konfransda AFFA-nın 2019-cu ildəki gəlirləri və xərcləri də açıqlanıb.
Unikal.org xəbər verir ki, 2019-cu ildə AFFA-nın gəlirləri 29 milyon 948 min 618 manat təşkil edib. Bildirilib ki, xərclər 23 milyon 423 min 308 manat olub.
Daha sonra görülmüş işlərin, maliyyə və audit hesabatları təqdim olunub.