Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, məlumatı Kandilli Rəsətxanası yayıb.
Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib.
Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 9.1 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələ İzmir bölgəsində də hiss olunub.