24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva bir gün belə fasilə vermədən seçiciləri ilə görüşlərini davam etdirir.

Unikal.org xəbər verir ki, gün ərzində öz seçki dairəsi üzrə Rüstəmov 3, 5, 41, 43, 47, Nəsimi 32, 32a və Məhsəti 16/20 ünvanlarında yerləşən binaların sakinləri ilə mənzillərdə görüşlər keçirilib. İnsanlarla geniştərkibli görüş, əhatəli söhbət və onları yaxından dinləmək üçün çoxsaylı xahişləri nəzərə alan Könül Nurullayeva xüsusi ayrılmış qərargahda seçicilərini bir araya toplayıb.

Bu işdə Nizami rayonunun fəalları ona yardımçı olublar. Görüşdə vətəndaşlar onları düşündürən problemlərə toxunublar və onların həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə ediblər. Könül Nurullayeva hər bir halda danışılan məsələlərin həllinin daim diqqətdə saxlayacağına söz verib.

Axşam saatlarında isə bir qrup rayon ağsaqqalı ilə ayaqüstü toplantı keçirilib. Söhbət zamanı ağsaqqallar onları narahat edən problemlərdən söz açıblar.

K.Nurullayeva onları diqqətlə dinləyib və məsələlərin həlli yolları müzakirə edilib. Könül xanımın sözlərinə görə, namizədliyini irəli sürəndə onu dəstəkləyən və inanan insanlara yaxın olmaq, öz ailəsi kimi dəyər verib onları diqqət mərkəzində saxlamaq, dərdlərinə şərik olmaq yolunu seçib. Namizəd bunu özünün müqəddəs borcu adlandırıb.

Könül Nurullayeva haqqında qısa məlumat

2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya Oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya Oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də, 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış Olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsusi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla, 56 medal qazanaraq ikinci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın ikinci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilib.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda gender bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, bir övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA