Paytaxtda təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılması davam edir. Yenilənmiş növbəti həyət Yasamal rayonu, Parlament prospekti 2B, 4 və 6A ünvanında yerləşir.

Unikal.org xəbər verir ki, İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş bizim həyət layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə verilib. Layihə 600 nəfərin yaşadığı üç yaşayış binasını əhatə edir. Burada sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.  

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri

Əlavə olaraq həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub və yeni liftlər quraşdırılıb.

Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpa edilməsi, sakinlər üçün yaşam şəraitinin yaradılmasıdır.  Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar  sakinlər paytaxt ərazisində abadlaşmaya ehtiyacı olan həyətlər barədə  İDEA İctimai Birliyinə müraciət edə bilərlər.