Ekspertlər saxta “Apple” qulaqcıqlarının təhlükəli olmasını açıqlayıblar.
Unikal.org “ictnews”a istinadən xəbər verir ki, tədqiqat Fransanın “60 million consumers” nəşrinin saytında dərc edilib.
Saxta “AirPods Pro” qulaqcıqlarının əsas təhlükəsi kimi qarniturun səs ucalığının yüksək olması göstərilir. Çin mağazasında sifariş edilən simsiz qulaqcıqda jurnalistlər tərəfindən səs ucalığı 10 desibel səviyyəsində qeydə alınıb ki, bu da tövsiyə edilən limitdən 10 desibel çoxdur. Nəşr nümayəndələrinin fikrincə, müəyyən müddətdən sonra qulaqcıq eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.
Test çərçivəsində “60 million consumers” nəşri dördü rəsmi satıcı tərəfindən çatdırılan yeddi cüt qulaqcıq sifariş edib. Bununla yanaşı, alınan dörd cütün biri işlək vəziyyətdə olmayıb. Jurnalistlər saxta qurğuların xarici görünüşünə görə orijinala çox bənzəməsinə diqqət yetiriblər. Bundan əlavə, aksesuarlara orijinal “AirPods” qulaqcıqlarının çiplərinin quraşdırılması səbəbindən “iPhone” smartfonu saxta qarniturları səhvən orijinal qarniturlar kimi müəyyənləşdirib.
Jurnalistlərin qiymətləndirməsinə görə, bazarda saxta qulaqcıqların başlanğıc qiyməti 65 avro təşkil etdiyi halda Fransa və Avropada orijinal “AirPods Pro” qulaqcığının qiyməti 279 avroya bərabərdir.