Türkiyədə Filiz E. adlı qadın mağazanın qarşısında telefonla oynayan Muzaffer Çalışıra arxadan yaxınlaşaraq boynuna şillə vurub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin anlar yaxınlıqdaki mağazanın təhlükəsizlik kamerası ilə lentə alınıb. Məlum olub ki, aralarında daha əvvəl də yaşanan mübahisəyə görə 34 yaşlı Muzaffer Çalışıra 3 ay müddətində Filiz E.-yə yaxınlaşmamaq cəzası verilib.
Uzaqlaşdırma qərarının tələbini pozduğu üçün 34 yaşlı şəxs 3 günlük həbs cəzasına məhkum edilib.