23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini uğurla davam etdirir.
Unikal.org xəbər verir ki,Darabzadə və komandası hər gün 500 seçicinin qapısını döyür, onların qonağı olur, problemləri ilə maraqlanır, özü barəsində məlumat verir və buklet təqdim edir.
Bu barədə Zaur Darabzadənin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Artıq bugünədək üç mindən çox seçici ünvanına gedən Zaur Darabzadə təşviqat kampaniyasının sonuna qalan 10 gündə də dayanmadan görüşlərini davam edəcəyini bəyan edib.
Namizəd mənzildə olmayan sakinlərin qapısından isə öz bukletini asır.