56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda növbəti görüşlərini keçirib.
Unikal.org xəbər verir ki, rayonun Nərəcan, Xanoba, Qusarçay, Çiləgir kəndlərində reallaşan görüşlərdə ağsaqqalar, ziyalılar və gənclər iştirak ediblər.
Açıq havada seçiciləri ilə keçirilən görüşdə Zeyqəm Hüseynov seçki platforması və onları maraqlandıran suallar haqqında məlumat verib.
Zeyqəm Hüseynov bütün seçicilərini qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə Xaçmazlı seçicilər fevralın 9-da onun namizədliyini dəstəkləyəcəyini vurğulayıblar.
Gülayə Mecid