Ötən il İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Çempionlar Liqasının final qarşılaşmasının 18-ci dəqiqəsində meydana yarıçılpaq halda atılan model Volonski yenidən gündəmə gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, bu dəfə dünyasını dəyişən basketbolçu Kobe Bryant üçün özünü meydana atıb. Məşhur model Avstraliyada keçirilən Xizək Yürüşü Kişilər üzrə Dünya Çempionatında yenidən yarıçılpaq vəziyyətdə meydana daxil olub.
Əlində keçmiş basketbolçu Kobe Bryantın ölümünə aid plakat olan Vlonoskini mühafizəçilər meydandan çıxarıblar.