Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Şöbəsinə rəis təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə, sözügedən şöbəyə polkovnik-leytenant Əsgərov Sadin Nurəddin oğlu təyin olunub.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Xidməti Şöbəsinə bundan əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev rəhbərlik edirdi.
Orxan Həsənli