Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralı 20-də, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Unikal.org xəbər verir ki, elə həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Goranboyda Xocalı, Mingəçevir, Naftalan və Goranboy şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 17-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.