Yanvarın 29-da 5 nömrəli Bakı peşə liseyində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı keçirilib. 

Unikal.org xəbər verir ki, təşkil olunmuş yarışda, ATMU komandası ilə yanaşı digər Univerisitet və peşə məktəbləri müxtəlif nominasiyalar üzrə rəqabət aparıb. ATMU-nu forumda Sosial menecment fakültəsi Qida mühəndisliyi ixtisasının iki tələbəsi- Mətanət Pənahova, Gülnur Nağıyeva və Turizm və Qonaqpərvərlik fakültəsinin Turizm otelçilik ixtisasının 3-cü kurs tələbəsi Səidə Məmmədova təmsil etmişdir. Komandamız festivala beş fərqli şirniyyatla (ənənəvi paxlava, badambura, kəsmikli kökə, xurmalı kala və balqabaqlı çizkeyk) qatılıb. 

Qeyd edək ki, ATMU komandası "Müasirlik" nominasiyası üzrə birinci yerə layiq görülüb. Tələbələrin festivalda iştirakını Mehmanxana və restoran biznesi kafedrasının müdiri p.e.n., dos. Novruz Quliyev və Karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova təşkil edib.