Yanvarın 30-da Gənclər və İdman naziri Azad Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Unikal.org xəbər verir ki, ümumilikdə 14-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən “Gənclər evi”nin, yeni idman qurğularının tikintisi, qurğuların idman avadanlığı ilə təmin olunması, eyni zamanda, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib. Digər bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.