Bruno Fernandezi qış transfer pəncərəsində heyyətinə qatan "Mançester Yunayted" xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiçi də transfer etmək niyyətindədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" 31 yaşlı futbolçunu transfer etmək üçün "Barselona"ya təklif göndərib. Xorvat futbolçu ilə də görüşən klub rəsmiləri rədd cavabı alıb. 

İvan Rakitiç "Mançester"ə həyat yoldaşı Raquel Maurinin Barselona şəhərindən köçmək istəmədiyi üçün transfer olmaqdan imtina etdiyi məlum olub. 2013-cü ildə ailə həyatı quran məşhur çütlüyün Althea və Adara adında iki qız övladları var.