Xəbər vermişdi ki, yanvarın 13-dən başlayaraq Gənclər və İdman Nazirliyi rəssam və dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı loqo müsabiqəsinin başlandığını elan edib.
Unikal.org xəbər verir ki, 18 Yanvar tarixinədək davam edən müsabiqənin əsas şərti təqdim olunan logonun məhz 02.02.2020 tarixini əks etdirməsi idi.
Müsabiqəyə 97 müəllif tərəfindən 300-dən çox Logo təqdim olunub. Nəticədə təqdim edilən Loqolar arasında Ehtiram İbrahimovun müəllifi olduğu loqo qalib seçilib.
26 yaşlı İbrahimov Ehtiram Etibar oğlu qrafik dizaynerdir. Hazırda "Code Akademiya"da qrafik və veb dizayn təhsili alır.
Müsabiqə qalibinin təltif edilməsi isə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçiriləcək istedalı və yaradıcı gənclərin mükafatlandırma mərasimində həyata keçiriləcək.