Azərbaycanda 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Unikal.org xəbər verir ki, deputatlığa namizəd Eldar Quliyev Maştağa mədəniyyət-istirahət parkında və Heybət Heybətov küçəsində qəsəbə sakinləri ilə görüşlər keçirib. Qəsəbə ağsaqqallarının, gənclərin və idmançıların iştirak etdiyi görüşlər xoş ovqat və yüksək əhval-ruhiyyə ilə keçib.

Görüş zamanı qəsəbə sakinləri 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və seçkilərdə birmənalı olaraq Eldar Quliyevi dəstəkləyəcəklərini bildiriblər