Türkiyə Superliqasında XX tur davam edir.
Unikal.org-un məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.
"Beşiktaş" yeni baş məşqçisi Sərgən Yalçının rəhbərliyi altında ilk matçına çıxıb. "Qartallarr" Rizədə "Çaykur Rizəspor"a qalib gəlib.
Turnir cədvəlində qonşu olan "Trabzonspor"la "Fənərbaxça" üz-üzə gəliblər. İstanbul təmsilçisi matça qolla başlasa da, "bordo-mavililər" əzmkar qələbə qazanmağa müvəffəq olublar. Bu qalibiyyətlə "Trabzonspor" turnir cədvəlində rəqibini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.
Turun digər oyunları sabah və birigün keçiriləcək.
"Antalyaspor" - "Konyaspor" - 0:0
"Çaykur Rizəspor" - "Beşiktaş" - 1:2
Skoda, 36 - Burak Yılmaz, 29; Gökhan Gönül, 79
"Trabzonspor" - "Fənərbaxça" - 2:1
Sorlot, 15; Novak, 32 - Kruz, 1