Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org xəbər verir ki, Ərdoğan jurnalistlərin sualına cavab olaraq son vaxtlar geniş yayılmış koronavirusdan necə qorunduğunu açıqlayıb.
“Mənim bir tövsiyəm var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin, hərarətə diqqət edin. Əlbəttə, bunlar ilk göstəricilərdir. Hər şeydən əvvəl özünüzə inanın. Qidalarınıza fikir verin. Bədəni güclü saxlamalıyıq. Dostlarımız sağ olsun, mənə tut bəhməzi göndərirlər. Hər səhər bir qaşıq bəhməz içirəm. Çünki orqanizmdə qan yaradır”, - deyə Ərdoğan vurğulayıb.